Cəmiyyət

Kirayədə yaşayan iki uşaq anası məcuri köçkün Mehriban Əliyevaya müraciət etdi

Məcburi köçkün, hazırda Bakı şəhəri Binəqədi rayon Sulutəpə qəsəbəsində kirayədə yaşayan Mehdiyeva Mahizar Vidadi qızı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Qaynarinfo xəbər verir ki, iki uşaq anası Mahizar Mehdiyeva Birinci vitse-prezidentdən mənzil probleminin həll olunmasına kömək etməyi xahiş edir.

Müraciətdə deyilir:

“Çox hörmətli Mehriban Əliyeva! Həyat yoldaşım, Çevik Polis Alayının kiçik çavuşu Cavid Mehdiyev 02.09.2019-cu ildə kirayədə yaşadığımız Sulutəpə qəsəbəsindəki evdə beyin damarlarının zədələnməsi nəticəsində vəfat edib. Mən hazırda iki övladım – Yağmur Mehdiyeva və Cavidan Mediyevlə birlikdə Sulutəpə qəsəbəsində kirayədə yaşayırıq.

Bilirəm ki, Prezident İlham Əliyev və Siz gecə-gündüz dayanmadan koronvirus pandemiyasıa qarşı mübarizə aparır, xalqımızın bu ağır bəladan itkisiz çıxması üçün çalışırsınız. Məhz İlham Əliyevin və Sizin səyləriniz nəticəsində ölkəmizdə koronovirus epidemiyasının yayılamsının qarşısı böyük ölçüdə alınıb.

Bir vətəndaş, məcburi köçkün ailəsi, atasız qalmış iki azyaşlı uşaq anası olaraq ümid yerim sizsiniz. Həyat yoldaşım Cavid Mehdiyev Bakı şəhər Yasamal rayon qeydiyyatında idi və Çevik Polis Alayında işləyirdi. 2019-cu ildə həyat qəfildən vəfat etdi və həmin gündən Bakıda kirayədə qalmağa məcbur oldum. Hazırda iki uşağımla birlikdə Sulutəpə qəsəbəsində kirayədə yaşayırıq.

Hörmətli Mehriban xanım! İki uşaq anası kimi, məcburi köçkün kimi sizdən xahiş edirəm ki, məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” kompleksində mənzillə təmin edilməyimə köməklik göstərəsiniz. Ümidim sizsiniz və inanıram ki, iki övladımla bizi bu çətin vəziyyətdən çıxardacaqsınız”.

Bənzər yazılar

Back to top button