İdman

“Barselona”nın prezidentindən Messi açıqlaması

“Barselona”nın prezidenti Joan Laporta argentinalı ulduz Lionel Messinin klubdan gedişinə münasibət bildirib.

Fanat.az “Sky Sports”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri bu barədə mətbuat konfransında danışıb.

“Messi “Barselona”da qalmaq istəyirdi. Onun yeni müqaviləsi maliyyə məsələsi baxımından böyük risk idi. Leoya və danışıqlarda iştirak edən bütün insanlara təşəkkür etmək istəyirəm. Təəssüf ki, La Liqanın qaydalarına görə əməkdaşlığımızı davam etdirə bilmərik. Yalandan azarkeşlərə ümid vermək istəmirəm.

Messi hər şeyin ən yaxşısına layiqdir. Klubda qalmağa hazır olduğunu göstərdi. Çox məyusam. Klubun maraqlarını nəzərə alaraq əlimizdən gələni etdiyimizi deyə bilərəm. Messi tarix yazıb. O, bütün zamanların ən yaxşı oyunçusudur”, deyə Laporta bildirib.

Xatırladaq ki, dünən “Barselona” və Messi arasında yeni müqavilə imzalanacağı gözlənilsə də, hücumçunun klubdan ayrıldığı xəbəri yayılıb.

Bənzər yazılar

Back to top button