Siyasət

Stepan Gevorkyanın vəzifədən azad edilməsi nəyi dəyişdirə bilər? – Hərbi ekspert

“Ermənistan silahlı qüvvələrinin olmayan baş qərargah rəisinin birinci müavininin vəzifədən azad edilməsinin əzilmiş Ermənistan ordusunda ciddi və inqilabi dəyişikliklərə səbəb olacağını düşünmürəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Stepan Gevorkyanın vəzifədən azad edilməsindən danışarkən deyib. Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələində xidmət edən bir çox yüksək rütbəli zabitlərin və generalların ordudan təxris olunması prosesini biz seçkilərdən əvvəl də proqnoz olaraq səsləndirmişdik:

“Artıq bu prosesə başlanılıb. Hazırda post-müharibə dövründə ümumilikdə 15 nəfər güc strukturunda çalışan general Baş nazir Paşinyanın təqdimatı və Ermənistan prezdenti Armen Sarkisyanın sərəncamı əsasında vəzifələrdən uzaqlaşdırılıb. Bir daha Ermənistanda siyasi hakimiyyət ilə generallar arasında ciddi fikir ayrılıqlarına dair səsləndirdiyimiz iddiaların əsasız olmadığını göstərir”.

Ədalət Verdiyev hesab edir ki, Paşinyan hakimiyyətini möhkəmləndirmək və orduya təsir imkanlarını artırmaq məqsədi ilə ona qarşı çıxan generalları bir-bir ordudan uzaqlaşdırmaqla bu qurumu öz iradəsinə tabe etməyə, dolayısı ilə ölkədə hərbi siyasi proseslərə nəzarəti öz əlində cəmləşdirməyə çalışır ki, bu da gözlənilən idi.

Qeyd edək ki, erməni mətbuatının məlumatına əsasən, Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Sərəncama görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini Stepan Gevorkyan tutduğu vəzifədən azad edilib.

Bənzər yazılar

Back to top button