Həqiqət Oğuz vəfat etdi

Print Friendly, PDF & Email

Müsavat Məclisinin üzvü Həqiqət Oğuz uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Bu haqda “Basta”ya onun yaxınlarından biri məlumat verib.

Həqiqət Oğuz Azərbaycanın istiqlalı uğrunda mübarizənin fəal iştirakçılarından olub.

Müsavat Partiyası bərpa olunduqdan sonra fəaliyyətini bu partiyada davam etdirib.

Uzun müddət Müsavat Partiyası Oğuz rayon təşkilatının sədri olaraq irticaya qarşı mübarizə aparıb.

O, hazırda müalicə aldığı Almaniydada dünyasını dəyişib.

Allah rəhmət eləsin!