Hadisə

“Sədərək” Yusifin “Cənnət bağındakı” “Buynuz vannası” – Onu buynuzu kəsilən maralların ahı tutacaq

Tia.az xəbər verir ki, tanınmış jurnalist Samir Feyruzov özünün sosial media hesabında “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus Xızının Altıağac kəndində “Cənnət bağı” adlı istirahət mərkəzinin olduğu, eləcə də istirahət mərkəzinin girişində maral fermasının olduğunu, həmçinin həmin fermada təxminən 500-ə yaxn maral və ceyranın olduğunu yazır.

Samir Feyruzov yazır ki, Y. Qədimbəyli ayda bir dəfə sözügedən istirahət mərkəzində “Buynuz vannası” qəbul edir. Jurnalist araşdırıb ki, Y. Qədimbəyli maralların buynuzun kəsdirərək özünə vanna düzəltdirib. Həttə məlum olub ki, buynuzları kəsilən maralların bəziləri qısa müddət sonra ölürlər.

RealMedia.az olaraq jurnalist Samir Feyruzovun sosial media hesabında yazdığı məlum statusu təqdim edirik:
“Fotonu Xızı rayonunun Altıağac kəndində çəkmişəm. Kənddə “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus “Cənnət bağı” adlı istirahət mərkəzi yerləşir. İstirahət mərkəzinin girişində Y.Qədimbəylinin maral ferması da var. Fermada təxminən 500-ə yaxın maral, ceyran var (Fotoda bir hissəsi düşüb). Amma məsələ bundan deyil, yüz milyonların sahibi olan Y.Qədimbəylinin maral ferması saxlaması təəccüb doğurmamalıdır.

Məsələ bundadır ki, Y.Qədimbəyli ayda bir dəfə adıçəkilən istirahət mərkəzində “Buynuz vannası” qəbul edir. Deməli, maralların buynuzlarını kəsib ona vanna düzəldirlər. Özünün ayrıca istirahət otaqları, tibb xidməti, qulluqçuları var. Mənə dedilər ki, buynuzları kəsilən maralların bir neçəsi qısa müddət sonra həyatla vidalaşmalı olur.
Əcaib ölkədir: ölkədə minlərlə kişi ailəsini saxlamağa pul tapmır, başqa biri isə buynuzlarını kəsib vanna qəbul edəcək deyə, maral ferması saxlayır. Azərbaycan kimi kiçik ölkələrdə bu boyda sosial bərabərsizlik olmalı deyil.., olmamalıdır!”

Bənzər yazılar

Back to top button