Hadisə

Sakinlər Adil Əliyevin adı hallanan şirkətə görə yolu bağladılar, obyekti yandırmağa cəhd etdilər – VİDEO

Bakıda “Olympus Park” tikinti şirkətindən narazı sakinlər aksiya keçiriblər.

AzToday.az xəbər verir ki, onlar obyekti yandırmağa cəhd ediblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.

Narazı sakinlər mənzillərinin məcburi söküldüyünü, ödənilən kompensasiya ilə razılaşmadıqlarını bildiriblər. Onlar şirkətin Milli Məclisin sədr müavini Adil Əliyevə məxsus olduğunu iddia edirlər.
A.Əliyev isə bir müddət əvvəl açıqlama verərək bildirmişdi ki, deyilənlər həqiqətəuyğun deyil.
Kanal 13-ün çəkdiyi görüntüləri təqdim edirik.

Bənzər yazılar

Back to top button