Dünya
Əşrəf Qəni 4 maşın dolu pulla qaçıb: “Pulların bir hissəsi uçuş zolağında qalıb“

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.
Bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər.
Bildirilib ki, Ə.Qəni 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib.
“Pulların bir hissəsi uçuş zolağında qalıb”, – məlumatda qeyd edilib /Report.