Dünya

Faciənin biraddımlığndan döndülər: Raket parçası qəsəbəyə düşdü

Çində atılan kosmik raketdən ayrılan xarici yanacaq çəni bir qəsəbənin yaxınlığına düşərək partlayıb.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, kosmik agentliklər əsasən raketi dənizə yaxın və ya yaşayış yerlərindən kənar ərazilərdə atırlar. “Long March 3B” raketinin çəni kosmik mərkəzin 700 km məsafəsində yerləşən Xiangdu qəsəbəsinin yaxınlığına düşüb və partlayıb. Bu tip hadisələr əsasən nadir hallarda baş verir. Qəza ilə bağlı dağıntı və ölüm faktı qeydə alınmayıb. Çin, bu tip hadisələrin qarşısını almaq üçün yaxınlıqdakı yaşayış yerlərindəki sakinlərə xəbərdarlıq göndərir, bəzən qəsəbələr ölüm ehtimalına görə boşaldılır. İtki olmasa da, bu dəfə planlaşdırılandan fərqli bölgəyə eniş baş verib. İnsanlar üçün digər təhlükə isə zəhərli yanacaqdır.

Qeyd edək ki, Çində yerləşən kosmik mərkəzlərin 3-ü Soyuq Müharibə dövründə inşa edilib və əhalinin təhlükəsizliyindən çox, xarici hücumlar nəzərə alınıb. Bu, müəssisələrin beynəlxalq sərhədlərdən kənarda qurulması ilə nəticələnib.

1996-cı ildə baş vermiş faciə zamanı Xichang qəsəbəsinə raket düşmüş, 6 nəfərin ölümünə, çox sayda insanın yaralanmasına səbəb olmuşdu. Ölkə Hainan adası kimi təhlükəsiz ərazilərdə müəssisələr inşa etməyə başlayıb, lakin bu tip hadisələrin baş vermə ehtimalının olmaması üçün uzun müddət lazımdır.

Bənzər yazılar

Back to top button