Dünya

Ermənistanda iki məmur həbs edildi – Paşinyan seçkidə ona qarşı çıxanları cəzalandırır

Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərindən sonra başlanan həbslər davam edir.

Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, növbəti həbslər Gorus bölgəsində həyata keçirilib. Gorus merinin müavinləri Menua Ovsepyan və İrina Yolyan saxlanılıb.

Ermənistan İstintaq Komitəsinin rəsmi məlumatına görə, Menua Ovsepyanla İrina Yolyanın həbsi komitənin xüsusilə mühüm işlər şöbəsində başlanan cinayət işi əlaqədadır. Hər iki şəxs korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

İrina Yolyan həmçinin seçkiqabağı təbliğat kampaniyasına mane olmaqda suçlanır.

Məlumat üçün deyək ki, həbs edilən şəxslər baş nazir Nikol Paşinyan hakimiyyətinə müxalif mövqeləri ilə tanınır. Erməni ictimai-siyasi seqmentində həbslər siyasi motivli hesab edilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button