Buğa yarışı faciə ilə bitdi: 3 ölü, 60 yaralı

Print Friendly, PDF & Email

Hindistanda hər il keçirilən ənənəvi “Jallikattu” buğa festivalında 3 nəfər dünyasını dəyişib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tamil Nadu əyalətində təşkil edilən yarışda buğa idarədən çıxaraq izləyicilər arasına dalıb. Nəticədə 3 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

2014-cü ildə məhkəmə tərəfindən heyvan haqqları məsələsinə görə qadağan edilən yarışlar İspaniyada keçirilən buğa güləşinin bənzəridir. Meydana buraxılan buğanın üstündə matador oturur və 15-20 m irəliləməyə çalışır. Əgər matador bunu bacarsa, yarışın qalibi olur, yıxılsa, qalib buğa hesab edilir. İspaniyadakı yarışlardan fərqli olaraq buğaları yaralamaq üçün hansısa cisimdən istifadə edilmir.