Hadisə

Prezidentin general-leytenant rütbəsi verdiyi şəxslər kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən general-leytenant rütbəsi alan Elşən Ələkbər oğlu Verdiyev DSX Sahil Mühafizəsinin rəisidir. O, bu vəzifəyə general-leytenant Əfqan Nağıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edildikdən sonra təyin edilmişdi.

General-leytenant rütbəsi alan Cavid Mirhəmzə oğlu Abdullayev isə DSX-nin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini vəzifəsində xidmət edir.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, DSX-nin iki zabitinə general-mayor rütbəsi verilib. General-mayor rütbəsi alan Babək Qurbanov Vətən Müharibəsi Qəhrəmanıdır. Prezidentin sərəncamına əsasən, DSX-nin daha bir polkovniki Faiq Həmzəağa oğlu Məmmədova da general-mayor ali hərbi rütbəsi verilib.

Bənzər yazılar

Back to top button