Dünya

Türkiyədə hərbi təyyarə qəzaya düşdü: 3 əsgər şəhid oldu

Türkiyənin İsparta şəhərindəki Yalvaç qəsəbəsinin Qırxbaş kəndində hərbi təlim məqsədilə istifadə edilən təyyarə qəzaya uğrayıb.

AzToday.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hodulluca mövqeyində baş verən qəzada Türkiyə ordusunun 3 əsgəri şəhid olub.

Kənd sakinləri qəza ilə bağlı məlumat verib və hadisə yerdə çox sayda təhlükəsizlik əməkdaşı cəlb olunub. Qəzaya uğrayan nəqliyyat vasitəsi “CASA” tipli “CN 235” yük təyyarəsidir. Eskişəhərdən havalanan təyyarədə 2 pilot və 1 texniki işçi olub.

İsparta valisi Şeyhmus Günaydın məsələ ilə bağlı açıqlama verərək ərazidə güclü duman olduğunu və qəzanın qalıqlarını tapmaq üçün işlərin davam etdiyini vurğulayıb. Hərbi helikopter artıq hadisə yerinə çatıb.

Bənzər yazılar

Back to top button