Dünya

Həkimindən Trampa məsləhət: “Az ye”

ABŞ prezidenti Donald Trampın sağlamlıq testinin nəticələri açıqlanıb.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, seçki dövründə sağlamlıqla bağlı məlumatları paylaşmayan Trampın sağlıq problemi müzakirə mövzusu idi. Onun qocalıqla əlaqədar ağlını itirməsi iddialar arasında idi. ABŞ prezidenti həkim Ronni Ceksondan mental test tələb edib və o, müayinə zamanı verilən 30 sualın hamısına doğru cavab verib.

İddiaların əksinə, Donald Trampda əqli və psixoloji problem aşkar olunmayıb. Lakin prezidentin artıq çəkisinin olduğu qeyd olunaraq karbohidrat tərkibli qidaları azaltmağı və idmanla məşğul olmağı məsləhət görülüb.

Bənzər yazılar

Back to top button