İdman

“Real Madrid” “Arsenal”la razılığa gəldi – SON DURUM

London “Arsenal”ı və “Real Madrid” norveçli yarımmüdafiəçi Martin Edeqorun transferi ilə bağlı razılığa gəliblər.

Fanat.az “Sky Sports”a istinadən xəbər verir ki, bu gün 22 yaşlı futbolçu “topçular”la müqavilə bağlamaq üçün tibbi yoxlanışdan keçib.

Daha öncə Edeqorun müddəti 2026-cı ilin yayına qədər olan müqaviləyə qol çəkəcəyi barədə informasiyalar yayılmışdı.

Xatırladaq ki, 2015-ci ildə “Real”a keçən Edeqor ötən mövsümün ikinci yarısını icarə əsasında “Arsenal”da oynayıb. O, çıxdığı 14 oyuna bir qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button