GündəmSağlamlıq

Koronavirusdan ölənlərin sayı artdı – Günün statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3614 yeni yoluxma faktı qeydə alınıb, 1114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzToday.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 282 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.

Bənzər yazılar

Back to top button