Cəmiyyət

Oqtay Şirəliyev də hərəkətə keçdi: Koronavirus adlı sayt açır

Bəzi Azərbaycan saytlarında ölkədə koronavirusun yayılması ilə bağlı Səhiyyə Nazirliyinin fəaliyyətsizliyi və səhiyyə naziri Oqtay Şirəliyevin uzun müddət işdə olmaması barədə yazılar dərc olunur. Versiyalar nazirin televiziya ekranlarında görünməməsinə əsaslanır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, “nazir hazırda işdədir”.

Nazirin qızı, Moskvada daimi yaşayan Nərmin Şirəliyeva Azərbaycan saytlarına qarşı sərt bəyanatla çıxış edib, atasının günboyu təhlükəli xəstəliklə mübarizə apardığını deyib: “O, sutkada 24 saat çalışır, öz sağlamlığını qurban verərək ölkəsinə xidmət edir ki, ölkə virusla bağlı ağır vəziyyətdən az itki ilə çıxsın”.

Səhiyyə Nazirliyindən bildiriblər ki, bu həftə nazirlik tərəfindən yaradılmış ixtisaslaşdırılmış koronavirus.az saytı işə başlayacaq.

Saytın tərtibçisi – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi saytın yaradılmasını onunla izah edir ki, bəzi xəbər saytları və sosial şəbəkələr hər gün “müxtəlif qeyri-sağlam materiallar yayır, bəziləri nəinki səhvdir, həm də sağlamlığa ciddi təhlükə yaradır”.

Ümumdünya Səhiyyə Təşkilatının, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC), BMT Uşaq Fondunun (YUNİSEF) və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri Səhiyyə Nazirliyinin saytında geniş auditoriyaya təqdim ediləcək.

Mərkəz bütün müəssisə və təşkilatlara kononavirusla mübarizədə səylərin daha da artırılması və ictimaiyyətin səhih məlumatlara inamının gücləndirilməsi üçün əməkdaşlığı təklif edir.

Bənzər yazılar

Back to top button