Siyasət

Müsavat partiyasının fəalı Hüseyn Tağıyev: “Qərbin Azərbaycana təsir imkanları yoxdur”

Azərbaycan hakmiyyət represiyyaları gücləndirməklə qorxu hissini formaşaldırıb, hakimiyyətini gücləndirmək istəyir

“Azərbaycan hakimiyyəti illərdir siyasi məhbus məsələsini, siyasi rəqiblərin təqib olunması problemini Qərb institutları üçün prioritetə çevirə bilib. Bu səbəbdən demokratik prosesin digər vacib amilləri arxa plana keçib”. Bu sözləri “Aztoday.az”a açıqlamasında Müsavat partiyasının fəal üzvü Hüseyn Tağıyev.

Onun sözlərinə görə, demokratiya məsələsinin sırf siyasi məhbus məsələsinə köklənməsi iqtidarın maraqların xidmət edir: “Məsələ burasındadır ki, Avropa strukturları digər demokratik proseslər, xüsusən seçki qanunvericiliyi ilə bağlı digər ölkələrdə də eyni siyasəti yürüdür. Azərbaycan kimi Ermənistanda, Belorusda da danışıqların prioriteti siyasi məhbusların azad edilməsi məsələsidir. Qərb yalnız Rusiyada seçki məsələsini insan haqları məsələsindən daha çox qabardır. Ancaq bu o demək deyil ki, Avropa strukturları Azərbaycan iqtidarının marağında olmayan digər məsələlərə toxunmaq istəmir. Yaxın günlərdə Avropa Şurasının Venesiya Komissiyası təmsilçilərinin Azərbaycana səfəri nəzərdə tutulsa da son anda səfər təxirə salındı. Məsələ gündəmdədir. Bizdə olan bilgiyə görə, Azərbaycanda keçiriləcək 2015-ci il parlament seçkilərini Qərbin demokratiya institutları çox ciddi şəkildə gündəmə gətirəcək. Çox ciddi müzakirələr olacağı gözlənilir. Nəticələr haqqında isə hələlik bir söz söyləmək çətindir. Bu, bir çox amillərdən asılıdır. Bu sırada postsovet məkanında yaranan geosiyasi durum əsas yerlərdən birini tutur”.

Gənc siyasətçinin fikrincə Qərbin insan haqları məsələsində israrlı tələbləri Azərbaycanın üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır: “Azərbaycan Qərblə əməkdaşlıq anlaşmaları üzrə öhdəliklərini yerinə yetirir. Məsələn, Qərblə enerji layihələrinin icrasında problem yoxdur, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi prosesində iştirakı Qərbi qane edir. Əsas problem insan haqları ilə bağlıdır. Azərbaycan insan haqları, demokratik azadlıqlarla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ümumiyyətlə Azərbaycan hakmiyyət represiyyaları gücləndirməklə qorxu hissini formaşaldırıb, hakimiyyətini gücləndirmək istəyir. Ona görə də Qərb davamlı olaraq bu məqamı vurğulayır. Hələlik iqtidar bu tələbləri qulaqardına vurur, insan haqları problemlərini neftlə kompensasiya eləməyə çalışır. Əlbəttə ki, Azərbaycan iqtidarı bu durumu bilərəkdən, qəsdən yaradır. Rəsmi Bakı çox yanlış olaraq düşünür ki, dünyada insan haqları heç kimi maraqlandırmır, Avropa strukturları, ümumilikdə Qərb bu problemin yoluna qoyulmasında heç zaman israr etməyəcək. Azərbaycan məmurları düşünür ki, Qərb istədiyi qədər danışa bilər, onsuz da heç nə edə bilməyəcək. Əslində bu, qətiyyən belə deyil. Ola bilər bu gün Qərbin əlində Azərbaycana təsir imkanları yoxdur. Ancaq sabah ola bilər. Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri hansı formada yerinə yetirməsi mütləq masaya yatırılacaq, müzakirə ediləcək. Odur ki, iqtidar gələcəkdə öz durumunu çətinləşdirməmək üçün bu məsələni indidən yoluna qoymalıdır. Azərbaycan bundan yalnız qazanar”.

Bənzər yazılar

Back to top button