Hadisə

Yevlaxın sabiq icra başçısından xəbər var: Məhkəməsinin vaxtı açıqlandı

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub.

AzToday.az-ın Unikal.org-a istinadən məlumatına görə, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində avqust ayının 25-i saat 15:00-da hakim qarşısına çıxarılacaq.

Cinayət işi hakim Bilal Məmmədovun icraatındadır.

Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bənzər yazılar

Back to top button