Dünya

Rusiyada FTX Azərbaycan vətəndaşını saxladı

“Suca” buraxılış məntəqəsində Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçərək Kursk vilayətinə getməyə çalışıb. Ancaq Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onun federal axtarışda olduğunu müəyyən edib.

AzToday.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayəti üzrə bölməsinin mətbuat xidməti dövlət sərhəd buraxılış məntəqəsində saxlanılan, adı açıqlanmayan Azərbaycan vətəndaşının qəsdən sağlamlığa zərər vurma ittihamı ilə beynəlxalq axtarışda olduğunu açıqlayıb.

Saxlanılan azərbaycan vətəndaşının Rusiyanın Sucan rayonunun DİN əməkdaşlarına təhvil verildiyi bildirilir.

Bənzər yazılar

Back to top button