İqtisadiyyatManşet

Dövlət qurumundan kobud qanun pozuntusu: Vergi borcu olan şirkət 200 min manatlıq tenderin qalibi oldu

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Dəftərxana və təsərrüfat malların satınalınması müsabiqəsinə yekun vurub.

AzToday.az xəbər verir ki, 202 min 379 manat 50 qəpik məbləğində olan tenderin qalibi “Koneks Construction” MMC olub.

Tenderin şərtlərinə görə, MKTB üçün müxtəlif sayda sabun, süpürgə, verdə, bel və s. təsərrüfat malları tədarük olunacaq.

10 manat nizamnamə kapitalına malik “Koneks Construction” MMC 27.11.2019 tarixində BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, SƏTTAR BƏHLULZADƏ, ev 39, m. 202 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi hazırda Vahid Osmanlı Cuma oğludur. MMC-nin reyestr sənədlərinə sonuncu dəfə 03.02.2021 tarixində dəyişiklik edilib. Məhz bu dəyişiklikdən sonra şirkət tenderlərdə qalib elan olunmaqdadır. AzToday.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, fevral ayının 25-dən başlayaraq indiyə kimi şirkət 3 satınalma müsabiqəsinin qalibi olub.

Belə ki, fevralın 25-də Bakı Dövlət Universitetinin keçirdiyi və məbləği 172601.81 AZN olan BDU-nun qazanxana bina və avadanlıqlarının, sanitariya qovşaqlarının əsaslı təmiri işlərinin satınalınması, martın 12-də isə məbləği 155257.04 AZN olan Milli Arxiv İdarəsində (Bakı şəhəri Ziya Bünyadov prospekti 3 və Həsən bəy Zərdabi küçəsi 593 ünvanında) aparılacaq cari təmir işləri”nin satınalınması müsabiqələrini qazanıb.

Şirkətlə bağlı internet resurslarında yayılan məlumatda isə bildirilir ki, “Koneks Construction” MMC 2016-ci ildən inşaat Sektorunda fəaliyyət göstərir.

MMC-nin hazırda 904 manat 83 qəpik vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik isə vergi borcu olan şirkətlərin tenderlərdə iştirak etməsini birmənalı şəkildə məhdudlaşdırır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button