ManşetSiyasət

Moskva İlham Əliyevə Zaxarovanın dili ilə cavab verdi

Bakı və İrəvan bütövlükdə Dağlıq Qarabağda ki Rusiya sülhməramlılarının sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ayrı-ayrı insidentlər tez həll edilir. “Onların meydana gəlməsinin səbəbləri Bakı ilə İrəvan arasındakı münasibətlərə kəskin inamsızlıqdır”.

“Zaqafqaziya ölkələrinin siyasətçilərinin bəzi bəyanatlari və ritorikası əks effekt yaradır. Bu davamlı nəticənin əldə edilməsinə xələl gətirir” dedi.

Azərbaycan Prezidentinin Rusiyanı Ermənistana silah göndədiyinə görə təngidi açıqlamalarına münasibət bildirən Zaxarova “Rusiyanın xaricə silah tədarük etməsi onun suveren haqqıdır” deyə qeyd etdi. “Bu barədə çox oxuyuruq və eşidirik, lakin güc balansını saxlayırıq və sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamaq lazım olduğunu qeyd edirik” , o dedi.

Xatırladaq ki, İlham Əliyev avqustun 14 -də CNN Türk telekanalına verdiyi müsahibədə rus sülhməramlılarını erməni silahlı birləşmələrinin Qarabağa keçməsinə icazə verməkdə və Ermənistana silah göndərməkdə günahlandırmışdı, bunu Qarabağda sülhün əldə edilməsinə zidd oldugunu demişdi. (Turan)

Bənzər yazılar

Back to top button