Cəmiyyət

Karantin sərtləşdiriləcək? – Prezidentin köməkçisi açıqladı

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantinlə bağlı açıqlama verib.

AzToday.az xəbər verir ki, Şahmar Mövsümov bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində danışıb.

“Düzdür, təzyiq var. Həkimlərimiz məzuniyyətə də çıxmayıb. Amma hazırda bunun öhdəsindən gələ bilirik. Görsək ki, həkimlər çatdıra bilmir, o zaman məhdudiyyətlər haqqında düşünərik. Bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur” deyə Prezidentin köməkçisi bildirib.

Bənzər yazılar

Back to top button