Dünya

Afrin əməliyyatına niyə “Zeytun budağı” adı verilib?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin şəhərində təşkil edilən “Zeytun Budağ”ı hərbi əməliyyatının adına münasibət bildirib.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, prezident zeytunun azadlıq rəmzi olduğunu deyib: “Zeytun bizim üçün müqəddəsdir. Həm də azadlığın rəmzidir. Bu səbəbdən bu adı seçmişik”.

Türkiyə prezidenti həmçinin sabiq ABŞ prezidenti Barak Obamanın Münbiç əməliyyatı zamanı sözündə durmadığını, ərəblərin torpağında kürd dövləti yaratmağa çalışdığını deyib: “2015-ci ildən bəri terrorla mübarizəmiz davam edir. Bu mübarizədə öz ölkəmizdə 1000-dən çox şəhidimiz var. Afrində isə 7-8 şəhid vermişik, lakin 268 terrorçunu zərərsizləşdirmişik”.

Bənzər yazılar

Back to top button