Abşeronun başçısının əri, oğlu, qızı və qardaşının biznes imperiyası – ŞOK SİYAHI

by Aztoday Xəbər Portalı

Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın ailəsinə məxsus biznes imperiyasının siyahısı yayılıb.

AzToday.az-ın xəbərinə görə, xanım başçının həyat yoldaşının, qardaşının, oğlunun və qızının biznes obyektlərinin sayı-hesabı yox imiş.

Məlumatda deyilir ki, icra başçısının həyat yoldaşı Yolçu Gülməmmədovun adına “İmpuls-M.V.” MMC fəaliyyət göstərir.
“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Həmçinin, “İRS Mobil” MMC başçının ərinə aiddir.

Eyni zamanda, “Afgen” MMC-nin təsisçisi də Gülməmmədov Yolçu Katamazya oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir.
Bundan əlavə, “Vimay-Med” klinikası, Nabat Tibb Mərkəzi, “Herbimed” MMC, “Fidanfarma” da Gülməmmodovlar ailəsinə məxsusdur. İcra başçısının oğlu Məhəmməd Gülməmmədovun isə öz ayrı biznes dünyası var.

Əvvəla, pulu başından tökülən İ.Gülməmmədovanın övladının Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq sovxozunun ərazisində ikimərtəbəli, mansartlı villasının sahəsi 1855 kv. metrdir.

Villa 18 sot torpağın içində tikilib. Onun paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən “Gutab House” restoranlar şəbəkəsi var.

Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən “Gutab House”; Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakı “Gutab House” restoranı, Yasamaldakı “Gutab House”; Bakıxanov qəsəbəsindəki “Gutab House”, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində “Gutab House” başçı oğluna aiddir. Hələ üstəlik villaları, mülkləri, dükanları və s.

Tia.az xəbər verir ki, Abşeronda böyük imkanlara malik olan xanım icra başçısının qızı da biznes payından məhrum olmayıb.

Belə ki, Vüsalə Gülməmmədova Abşeronda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir.

Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.

Nəhayət, biznes imperiyası qurmuş ailədə İ.Gülməmmədovanın qardaşı da öz payını əldə edib. Xanım başçının qardaşı Rövşən Quliyev “İRS Mobil” şirkətini idarə edir. Onun ikinci müəssisə isə “Nigar-Q.S” MMC-dir.

Bənzər Yazılar