Dünya

Əsəd Putindən üz döndərir, ABŞ-la gizli anlaşmaya can atır?

Suriya rejiminin rəhbəri Bəşər Əsəd ABŞ-ın ölkədəki sonrakı hərbi iştirakını müzakirə etmək üçün Vaşinqtona nümayəndə heyəti göndərib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Middle East Monitor” nəşri bildirir. Nəşr iddia edir ki, Əsəd hakimiyyəti Rusiyanın Suriyada vəziyyəti kardinal şəkildə dəyişmək istəyinin olmamasından, başqa sözlə, münaqişəni indiki “yarı dondurulmuş” vəziyyətdə saxlamasından narazıdır. Məlumata görə, Dəməşq Amerika qüvvələrinin Suriyanın bir neçə regionunda yerləşdirilməsinə dair Vaşinqtona kifayət qədər sərfəli təklif verə bilər. Hazırda ABŞ qüvvələri Suriyanın şərq hissəsində o qədər də böyük olmayan əraziyə nəzarət edirlər.

 

“Bəşər Əsədin rejimi öz nümayəndəsini iki ölkə arasnda münasibətlərin bərpa edilməsi üçün danışıqlar aparmaq üçün Vaşinqtona göndərib. Bu, Əsəd rejimi ilə onun çoxdankı müttəfiqi Rusiya arasında ehtimal olunan ziddiyətlərlə bağlıdır. Əsəd ABŞ-a təklif edir ki, “Yaxın Şərqlə bağlı bütün məsələləri” onunla koordinasiya etsin, bir şərtlə ki, Vaşinqton Suriya rejiminin legitimliyini tanıyacaq. Bu addım Moskva ilə Dəməşq arasında Suriyanın cənubundakı Dəraa vilayətində üsyanların yenidən baş qaldırması ətrafında yaranan ziddiyətlərlə bağlıdır”,-nəşr iddia edir.

Bənzər yazılar

Back to top button