Dünya

Almaniya və Fransa Yelisey müqaviləsini yeniləyəcəklər

Almaniya və Fransa ictimai-siyasi, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. İki ölkənin hakimiyyət orqanları bu il Yelisey müqaviləsinin yeni variantını işləyib hazırlamağı planlaşdırırlar. AFR Kansleri Angela Merkel ilə Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatında belə deyilir.

Bəyanatda vurğulanır: “Məqsədimiz Avropa və beynəlxalq səviyyədə əhəmiyyətli olan mövzulara dair birgə mövqe işləyib hazırlamaqdır”. Söhbət Fransa və Almaniya iqtisadiyyatlarının bir-birinə daha sıx təsir göstərməsindən gedəcək. Yeni müqavilədə mədəni əməkdaşlığı və birgə təhsil proqramlarının inkişafını möhkəmləndirmək də nəzərdə tutulur.

Bundan əlavə, A.Merkel və E.Makron hüquq mühafizə və xüsusi xidmət orqanları arasında əməkdaşlığı möhkəmləndirməyi, iqlimin qorunması və alternativ enerji mənbələrinə keçilməsi sahəsində tərəfdaşlığı genişləndirməyi planlaşdırırlar.

Yelisey müqaviləsi 1963-cü il yanvarın 22-də Parisdə Almaniya kansleri Konrad Adenauer və Fransa prezidenti Şarl de Qoll tərəfindən imzalanıb. Bu sənəd keçmişdə “bir-birinə qənim kəsilən” Almaniya ilə Fransa arasında münasibətlərin hələ də təməlini təşkil edir.

Bənzər yazılar

Back to top button