Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

by Aztoday Xəbər Portalı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 551 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzTodaay.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 603 nəfər müalicə olunaraq sağalıb, 5 279 nəfər vəfat edib. 38 555 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982, bu günə qədər isə ümumilikdə 4 304 865 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 714 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 423 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 110 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 667 494 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 442 691 təşkil edir.

Bənzər Yazılar