Dünya

Keçmiş xanım prezident həbsxanada intihara cəhd etdi

Həbsdə olan Boliviyanın keçmiş prezidenti Jeanine Anes Çavez intihara cəhd edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi özünü yaralasa da, ölməyib. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Sabiq prezident psixi müayinəyə göndəriləcək.

Jeanine Anes Çavez vəkilləri iddia edib ki, keçmiş dövlət başçısı Miraflores həbsxanasında məruz qaldığı qəddarlığa etiraz olaraq intihara cəhd edib.

Qeyd edək ki, Jeanine Anes Çavez 12 noyabr 2019-cu ildən 8 noyabr 2020-ci ilədək Boliviyanın prezidenti olub. 54 yaşlı sabiq dövlət başçısı terror, sui-qəsd və üsyana təhrik ittihamı ilə həbs edilib.

Bənzər yazılar

Back to top button