Dünya

İrandan Afrinlə bağlı hədə dolu açıqlama

İranın dini lideri Ayətulla Əli Xameneyin hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi Türkiyənin Afrindəki hərbi əməliyyatı barədə açıqlama verib.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, general ABŞ-ın bölgədə mövcud olan qarşıdurma sahələrini qorumağa çalışdığını bildirib:

“ABŞ 30 min nəfərlik ordu ilə Türkiyənin cənubunda və İraqda kürdlər üçün muxtar vilayət yaratmaq istəyir. Digər tərəfdən, kürdlər bu məqsəd üçün Aralıq dənizinə çatmaq istəyirlər və buna görə Afrin işğal etdilər. Kürdlərin bu addımı Suriyanın suverenliyini pozmaq deməkdir. ABŞ və Türkiyənin Suriya torpaqlarında mövcudluğu qeyri-qanunidir. Suriya dövləti və ordusu buna razı olmayacaq”.

Bənzər yazılar

Back to top button