CəmiyyətGündəmManşet

Sahil Babayevin İSLAHAT-ları bəhrəsini verdi: Pensiyaçıların sayı 21 min nəfər azalıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin pensiya “islahat”ları ilk nəticələrini verir: Azərbaycanda əmək və əlilliyə görə pensiya alanların sayı 1,3 milyondan aşağı düşüb.

AzToday.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumatlarına əsasən, 2019-cu ilin əvvəlində ölkədə 1 milyon 299,5 min pensiyaçı olub. Bu, ümumi əhalinin 13,2%-ni təşkil edir. 2018-ci ildə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb.

Qeyd edək ki, əhalinin böyük əksəriyyətinin ağır sosial-iqtisadi vəziyyətdə yaşaması fonunda Sahil Babayevin pensiya “islahat”ları təqaud alanların sayını kəskin şəkildə azaldır. Bu isə əhalidə haqlı narazılıqlara səbəb olur.

Bənzər yazılar

Back to top button