Siyasət

Erməni politoloq: “Bütün bu ərazilər Azərbaycana veriləcək”

“Hazırda Ermənistan cəmiyyətində ailə qurmaq, hətta dünyaya uşaq gətirmək istəyən gənclər yoxdur”.

Modern.az xəbər verir ki, bunu erməni politoloq Tevos Arşakyan deyib.

Onun sözlərinə görə, erməni xalqına artıq heç nə kömək edə bilməyəcək:

“Bizim hakimiyyət 3 uşağa görə 100 dollar söz verir. Bu, gülməlidir. Ümumiyyətlə, indi bizim gəncləri nə nikah, nə ailə, nə də uşaq düşündürür. Onları yalnız tezliklə Ermənistandan qaçıb getmək düşündürür. Son 4 ay ərzində tanıdığım onlarla ailə Ermənistanı tərk edib. Cavan oğlanlar və qızlar ölkədən gedib. Azərbaycanla sərhəddə olan bütöv kəndlərimiz boşalıb. Oranın sakinləri qaçıb Rusiyaya gediblər. Gənc ermənilər Rusiyada öz ailələrini quracaqlar. Ermənistanda iş yox, heç bir perspektiv yoxdur. Gənclər buradan başlarını götürüb qaçırlar. Hökumət isə yaxın illərdə Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün strategiyadan danışır”.

Tevos Arşakyan Ermənistanda vəziyyətin acınacaqlı olduğunu söyləyib:

“Hamı evlərini qoyub gedir. İnsanlar istəmirlər ki, oğulları müharibədə həlak olsun. Bu kəndlərin sakinləri bizdən çox şey bilirlər və onlar başa düşürlər ki, bütün bu ərazilər Azərbaycan tərəfinə veriləcək”.

Bənzər yazılar

Back to top button