İcra başçısı “Qırmızı kitab”a düşən ağacları kəsdirir? – FOTO/VİDEO

by Aztoday Xəbər Portalı

Qazax rayonunda “Qırmızı kitab”a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağaçları kütləvi şəkildə məhv edilib.

32gun.news-un əldə etdiyi məlumata görə, rayonun icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib.

Ağaclar məhv edildikdən sonra həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.

Şikayətçilərin saytımıza bildirdiyinə görə ağacların suvarılması üçün həmin ərazidə kiçik arx olub. Ancaq rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə həmin arxa suyun verilməsi illərdir dayandırılıb.

Bununla da susuz qalan ağacların qurumasına və qurumuş ağac adı ilə şam və çinarların məhvinə nail olunur. Kəsilən ağaclar icra nümayəndələrinin göstərişindən sonra yük maşınları vasitəsi ilə ərazidən daşınır.

Bənzər Yazılar