Hadisə

Əli Həsənovun maqnat dostunun oğlu həbs olundu – Gömrükdən 800 minlik zinət əşyası keçirməyə cəhd edib

Moskvanın “Vnukovo” aeroportunda tanınmış azərbaycanlı iş adamı, tikinti maqnatı kimi tanınan Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb. “AzPolitika.info” xəbər verir ki, bu hadisə ilə bağlı “Haqqın.az”-ın yaydığı məlumatda Z.Babayevin Moskvaya gizli şəkildə 36 milyon rublluq(təxminən 830 min manat-red.) dəyərində qızıl-zinət əşyaları keçirməyə cəhd etdiyi bildirilir.

Xəbərdə qeyd olunur ki, Z.Babayev İstanbuldan gəlirmiş və gömrük orqanlarından yayındırmaqla, özü ilə bahalı “Breguet” saatları, eləcə də “Tiffani” və “Dior” brendlərinə aid zinət əşyaları keçirmək istəyib. Lakin Rusiya gömrükçüləri buna imkan verməyiblər.

Z.Babayevin külli miqdarda gömrük rüsumunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunacağı gözlənilir. Hətta ona qarşı “strateji materialların qaçaqmalçılığı” maddəsilə cinayət işi açıla bilər. Belə ki, həmin zinət əşyaları arasında platin və titan materiallarından düzəldilənləri də olub. Rusiya qanunvericiliyinə görə isə bu növ qaçaqmalçılıq 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumat üçün bildirək ki, Mehrac Babayev ölkə prezidentinin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu hesab edilir. Jurnalistlər üçün tikilən məşhur binaları da onun şirkəti inşa edib. Baş Prokurorluğun həmin tikinti ilə bağlı apardığı araşdırma isə bu binaların inşası zamanı külli miqdarda yeyinti, korrupsiya hallarına yol verildiyini aşkar edib.

Onu da xatırladaq ki, bu, Z.Babayevin adı keçən ilk qalmaqal deyil. Onun adı hələ 2009-cu ildə İsveçrədə Azərbaycandan olan oliqarxların övladlarının bahalı avtomobillərdə “avtoşluq” etməsinə dair xəbərlərdə də yer almışdı. Həmin vaxt Z.Babayevin törətdiyi qəza 70 yaşlı alman qadınının xəsarət almasına səbəb olmuşdu.

https://fb.watch/7C4qpXVx9k/

Bənzər yazılar

Back to top button