GündəmSağlamlıq

3800 nəfər COVİD-19-a yoluxub, 33 nəfər vəfat edib

Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 3 794 yeni hal aşkar edilib, 2 216 xəstə sağalıb, 33 nəfər vəfat edib. Bu barədə avqustun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Yoluxanların ümumi sayı 401 828 nəfərdir, o cümlədən 350 670 nəfər müalicə olunub, 5 403 nəfər vəfat edib. 45755 aktiv xəstənin müalicəsi davam edir.

Son gün ərzində 17 835 test keçirilib. Həmçinin sutka ərzində 85632 vurulub. Birinci dozanı alanların sayı 58117 nəfər, ikinci dozanı alanların sayı 27515 nəfərdir. Cəmi 6 335 305 doza vaksin vurulub.

Birinci dozanı 3830650 nəfər, hər iki dozanı 2 504 655 nəfər alıb.

Bənzər yazılar

Back to top button