Dünya

NATO baş katibi: “Kabil aeroportunda terror təhlükəsi artır”

NATO-nun baş katibi Yens Stoltenberq “Financial Times” qəzetinə Əfqanıstanın paytaxtı Kabilin aeroportuna real terror hücumu təhlükəsindən danışıb.

“Report” xəbər verir ki, alyans rəhbəri terror təhlükəsinin artdığını vurğulayıb.

“Bir tərəfdən, mümkün qədər çox insanı çıxarmaq üçün çox vaxt keçirmək istərdik. Lakin 31 avqustdan sonra qalsaq, xüsusən “Taliban” bizə heç olmasa bir qədər gizli razılıq verməsə, hücum təhlükəsi artır”, – Stoltenberq deyib.

O qeyd edib ki, Əfqanıstandan insanların təxliyəsi tarixdə ən genişmiqyaslı əməliyyatlardan biridir. NATO rəhbərinin sözlərinə görə, alyans hərbi kampaniyanın tamamlanmasından sonra insanları ticarət reysləri ilə çıxarmağa davam edəcək və “Taliban”dan quru sərhəd məntəqələrini açmağı tələb edəcək.

“Təxliyənin ən mürəkkəb hissəsi Əfqanıstan paytaxtının aeroportuna qədər yoldur, bu onunla əlaqədardır ki, “taliblər” ölkənin bütün ərazisinə nəzarət edirlər”, – Stoltenberq əlavə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button