İdman

“Mançester Siti”nin Ronalduya təklif etdiyi maaş açıqlandı

“Mançester Siti” “Yuventus”un superulduzu Kriştianu Ronaldunu heyətinə qatmağa can atan yeganə klub olaraq qalır.

Fanat.az xəbər verir ki, italiyalı insayder Canluka Di Martsio şəxsi saytında portuqaliyalı hücumçuya 2 illik müqavilə təklif etməyə hazır olan “şəhərlilər”in ona ödəməyi planlaşdırdığı əməkhaqqının məbləğini də açıqlayıb.

Mənbə Mançester klubunun Ronalduya illik 15 milyon avro maaş verməyi hədəflədiyini vurğulayıb. Di Martsio Kriştianunun agenti Jorje Mendeşin artıq Turində olduğunu və tərəflərin danışıqları davam etdirdiyini bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button