Digər

Hicab məhbusunun yaşlı və xəstə atası 3 saat sorğu-sual edildi

Müsəlman Birliyi Hərəkatınn üzvü, “Nardaran işi”nə görə 2 dəfə saxlanılan və həmin cinayət işinə görə 19 il həbs cəzası almış Cabbar Cabbarovun yaxın dostu Rövşən İsmayılovun atası, 74 yaşlı İsmayıl İsmayilov polisə aparılıb. 

Rövşən İsmayılovun qohumlarının verdiyi məlumata görə, iyun ayının 24-də 2 polis əməkdaşı tərəfindən bölməyə aparılan İsmayıl İsmayılov 3 saat sorğu-sual olunub. Ona psixi təsirlər göstərilib. Sorğu-sual əsas məqsəd oğlu Rövşən İsmayılovun hazırda harda olması ilə bağlı olub. Təcili şəkildə oğlunun gəlib, hüquq-mühafizə orqanlarına təslim olunması tələb olunub. Əks təqdirdə onun özünün həbs olunacağı bildirilib. Ürəyindən əməliyyat olunan İsmayıl İsmayılovun səhhəti bölmədə pisləşdikdən sonra onu sərbəst buraxıblar.

Qohumlarının sözlərinə görə, Rövşən İsmayilov ölkəyə gələn kimi həbs ediləcək. Artıq onun axtarışa da verildiyi bildirilir.

Qeyd edək ki, dindar kimi tanınan Rövşən İsmayılov Hacı Taleh Bağırzadə “işi”nə görə 2 dəfə saxlanılıb. MTN əməkdaşları Rövşən İsmayılovdan Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının əleyhinə ifadə almaq istəyiblər. Ağır işğəncələrə məruz qalan Rövşən İsmayılov həbs ediləcəyi ilə hədələnib. Ondan Taleh Bağırzadənin yaxın adamı, Müsəlman Birliyi Hərəkatının üzvü Cabbar Cabbarovla hansı səbəbdən yaxın münasibətləri olması soruşulub. Fuad Qəhrəmanlı və Taleh Bağırzadənin əleyhinə ifadə verəcəyi tədirdə azad olunacağı bildirilib. Bütün bunlara baxmayaraq Rövşən İsmayılov bununla razılaşmayıb. Hec cür ifadə verməyəcəyini anlayan istintaqçılar Rövşən İsmayılovun yaxınlardan böyük məbləğdə rüşvət verilməsi müqabilində azadlıq vədi veriblər. Əlacsız qalan Rövşən İsmayilovun ailəsi 12 min manat verməklə onu azad etdirə biliblər. Ondan ölkəni tərk etməmək barədə iltizam alınıb.

Bununla belə Rövşən İsmayılov ölkədən xaricə qaça bilib və onun harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Bənzər yazılar

Back to top button