Tanınmış hüquqşünas Şeyxə müraciət etdi: Bu düşmənə ancaq birlikdə qalib gələ bilərik!

by Aztoday Xəbər Portalı

Tanınmış hüquqşünas Aslan İsmayılov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib.

AzToday.az xəbər verir ki, Aslan İsmayılov Şeyxdən narkotiklə mübarizəyə qoşulmasını istəyib:

“Son zamanlar narkotiklə mübarizə ölkə gündəminin əsas xəbəridir desəm, yanılmaram. İlk günlərdən cəmiyyətimizin ziyalı, tanınan qisminə müraciət edərək xahiş etdim ki, bu bəlaya səssiz qalmasınlar, hamını bu bəla ilə mübarizəyə səsləsinlər. Necə ki, Vətən Müharibəsində qalib olduq, bu işdə də birgə olsaq qalib olacağımıza şübhə etmirəm. Narkotik bəlası isə bizim içimizdə olan düşməndir və bu düşmənə ancaq birlikdə qalib gələ bilərik!

Bu həlledici məqamda, cəmiyyətimizdə, xüsusilə dindarlar arasında nüfuzunuzu, təsir imkanlarınızı nəzərə alaraq, Sizə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edirəm. İnanıram ki, Siz bu təşəbbüsə qoşulacaqsınız və çağırışınız bu bəla ilə mübarizədə təsirsiz ötüşməyəcək, mübarizəyə mühüm təkan verəcək”.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar