Digər

İrandan çox miqdarda narkotik vasitə daşıyan kuryer saxlanılıb

Füzuli rayonunda 1994-cü il təvəllüdlü Bakı sakini Ziyad Kərimov saxlanılıb, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram “marixuana”, 1000 qram “heroin”, 200 qram “metamfetamin”) və 8370 ədəd psixotrop tərkibli “Preqobalin” həbləri aşkar olunaraq götürülüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, kuryer Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaş­mağa cəhd göstərərkən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button