Bizim seçimHadisə

Ermənilər Qarabağda fövqəladə vəziyyət tətbiq etdi

Buna baxmayaraq, separatçılar aprelin 14-də dünya ictimaiyyətinin qəbul etmədiyi halda “seçkilər”in ikinci turunu keçirmək istəyir

AzToday.az “Aysor.am” saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağda separatçıların lideri yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün yaradılan idarələrarası komissiyanın geniş iclasını keçirib.

İclasda Bako Sahakyan Dağlıq Qarabağ ermənilərinə mesaj ünvanlayaraq, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və əhalini koronavirus pandemiyası təhlükəsindən qorumaq üçün fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bildirib.

Buna baxmayaraq, Ermənistan saytları xəbər verir ki, Dağlıq Qarabağ separatçıları 31 martda keçirilən və dünya ictimaiyyəti tərəfindən tanınmayan “seçkilər”in ikinci turunu keçirmək istəyir.
Belə ki, Dağlıq Qarabağda “seçkilər”in ikinci turunun 14 apreldə keçirilməsi gözlənilir.

Halbuki fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı 20-dən çox insanın iştirakı ilə bütün ictimai tədbirlər qadağan edilib, regionda hərəkətə məhdudiyyət qoyulub.

Bununla yanaşı, separatçıların rəhbərləri seçkilərdə iştirak edən şəxslərin sərbəst hərəkət etmək hüququnun qorunacağını elan ediblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button