Hadisə

Psixiatriya bölməsini tərk edən əsgərimiz qarşı əraziyə keçib? – Nazirlikdən açıqlama

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.

Bənzər yazılar

Back to top button