İdman

PSJ “Real Madrid”i təəccübləndirdi

PSJ rəhbərliyinin Kilian Mbappenin (Kylian Mbappe) transfer təklifinə göstərdiyi reaksiya “Real Madrid”i təəccübləndirib.

Fanat.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərə görə, Fransa klubunun idman direktoru Leonardo Madrid təmsilçisinin təklif etdiyi 160 milyon avroya sərt münasibət göstərərək onları “qeyri-adekvat” adlandırıb.

“Real Madrid” rəhbərliyi isə bu münasibətə təəccüblə yanaşaraq təklif olunan məbləği kifayət qədər qənaətbəxş hesab edir və atdıqları hər bir addımın düşünülmüş olduğu mövqeyindədir.

Bənzər yazılar

Back to top button