İqtisadiyyat

Statistika Komitəsi məlumatları vaxtında açıqlamır

Bu ilin ilk 8 ayı sona çatmaq üzrə olsa da Dövlət Statistika Komitəsi ölkənin əsas sosial-iqtisadi göstəricilərilə bağlı məlumatları açıqlamayıb.

Yeniavaz.com xəbər verir ki, Dövlət Statistika Komitəsi hər il əvvəlcədən müəyyən olunan tarixlərdə ölkənin əsas sosial-iqtisadi göstəricilərilə bağlı məlumatları paylaşır.

Lakin, avqust ayının başa çatmasına 5 gün vaxt qalsa da Komitə 2020-ci ilin yekunlarının da yer aldığı yeni “Statistik məcmuələr”in bir çoxunu açıqlamayıb.

Əvvəlcədən elan olunmasına baxmayaraq bu ilin iyul ayında açıqlanması nəzərdə tutulan “Azərbaycanın demoqrafik göstəriciləri”, “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti”, “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar” və “Azərbaycanda informasiya cəmiyyəti” adlı “Statistik məcmuələr” hələ də açıqlanmayıb.

Bunlardan başqa avqust ayında açıqlanması nəzərdə tutulan aşağıdakı “Statistik məcmuələr” da hələ açıqlanmayıb.
“Azərbaycanda təhsil, elm və mədəniyyət”

“Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri”
“Azərbaycanın kənd təsərrüfatı”
“Azərbaycanda ətraf mühit”
“Azərbaycanın energetikası”
“Azərbaycanda tikinti”
“Azərbaycanın sənayesi”
“Əmək bazarı”
“Azərbaycanda uşaqlar”
“Azərbaycanda qadınlar və kişilər”

Bənzər yazılar

Back to top button