Dünya

Bu ölkənin sabiq prezidenti 10 il azadlıqdan məhrum edildi

Boliviya məhkəməsi keçmiş Prezident Janni Anyes dövlət çevrilişi təşkil etməkdə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məhkəmə Anyesin konstitusiyaya zidd qərarlar verməkdə və onu vəzifə borcunu yerinə yetirməməkdə təqsirli bilib.

Keçmiş Prezident məhkəmədə özünü təqsirli bilməyib:

“Prezident olmaq üçün barmağımı qaldırmadım, amma etməli olduğum şeyi etdim. Mən konstitusiyanın normalarına uyğun olaraq öhdəliklər əsasında prezidentliyi qəbul etdim”.

Qeyd edək ki, Boliviya Senatının müxalifətdən olan vitse-spikeri Jenni Anyes 2019-cu ildə Prezident Evo Moralesin kütləvi etirazlar fonunda ölkədən qaçmasından sonra dövlət başçısı səlahiyyətlərini icra etməyə başlayıb.

Bənzər yazılar

Back to top button