AnalitikaDünyaManşet

İmaməli Rəhmonov dünya antitaliban koalisiyası yaradır

Bu həftənin əvvəlində Əfqanıstanın böyük hissəsini ələ keçirən “Taliban” Pəncşirdə müqavimətə başçılıq edən Əhməd Məsud (“Taliban”ın düşməni, tanınmış səhra komandiri Əhməd Şah Məsudun (1953-2001) oğlu) ilə sülh haqda razılığa gəlməyə cəhd edib. Əhməd Məsudun Taliban tərəfdən danışıq aparanların sülh təklifini rədd etməsilə bağlı xəbərlər yayılıb.

Məsudun arxasında Tacikistan dayanıb ki, bu da prezident İmaməli Rəhmonovun və Məsudun bəyanatlarının sinxronluğundan məlum olur. Hər ikisi Əfqanıstanda bütün millətlərin nümayəndələri daxil olmaqla, inklüziv hökumətin yaradılmasını tələb edir. «…Xüsusilə Əfqanıstan əhalisinin 46 faizdın çoxunu təşkil edən taciklər… “Taciklər Əfqanıstanın gələcək hökumətində layiqli mövqe tutmalıdırlar”,- prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

“Bu ölkədə təzyiq və təqib yolu ilə, əfqan xalqının, əsasən onun milli azlıqlarının mövqeyi nəzərə alınmadan formalaşmış başqa hökuməti Tacikistan heç zaman tanımayacaq”, – Tacikistan İnformasiya Agentliyi prezident Rəhmonovun sözlərindən sitat gətirib.

“Təzyiq və təqib yolu ilə formalaşmış hökuməti heç zaman tanımır”, – bəyanatın bu hissəsi Tacikistanın Əfqanıstanda “Taliban” zorakılığına qarşı mübarizə aparmaq əzmində olduğunu göstərir.

Rusiya və bir sıra digər ölkələr taliblərlə razılığa gəlmək yollarını axtarırkən Tacikistan təbii ki, bəyan edilmiş əsaslarla Əfqanıstanda dinc nizamlanma üçün beynəlxalq qüvvələrin birləşdirilməsi işində dünya liderliyini öz üzərinə götürüb.

“Beynəlxalq birliyin Əfqanıstanda hazırkı vəziyyətə etinasızlığı bu ölkədə uzun sürən vətəndaş müharibəsinə gətirib çıxara bilər. Tacikistan qonşu Əfqanıstanda sülh, sabitlik və təhlükəsizliyin tez bir zamanda bərpa edilməsinə sadiqdir və Birləşmiş Millətlər Təşkilatı bu prosesin dəstəklənməsi üzrə əsas rol oynamalıdır”, – Tacikistan prezidentinin mətbuat xidməti bildirir.

Bu il sentyabrın 16-17-də Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının yubiley sammiti keçiriləcək, ASIA-Plus bildirib. Şübhə yoxdur ki, Rəhmonov Şanxay Əməkdaşlıq Təşkilatını Tacikistanın bəyan etdiyi prinsiplərlə “Əfqanıstan prosesi”nə qoşulmağa çağıracaq.

Hərbi planda Məsud hələlik uğursuzluğa düçar olur. Avqustun 22-də taliblər Məsud qüvvələrinin bir qədər öncə tutduğu Bağlan əyalətinin Pul-Hisar, Deh-Salah və Bano rayonlarını öz nəzarətinə qaytarıb, onları müqavimət qüvvələrindən geri alıb, həmçinin Məsudun silahlı qüvvələrinin bir hissəsini mühasirəyə alıb.

Məsudun silahlı qüvvələri güclənə bilər, belə ki, Məsudun ordusu üçün Tacikistandan vertolyotlarla silah gətirildiyi bildirilir. Qeyd olunur ki, müqavimət dəstələrinin yardıma çox ehtiyacı var, çünki radikal yaraqlıların mühasirəsində qalıblar.

Məsuda siyasi dəstəyi “Talıban”ı dəstəkləyən Pakistanla diplomatik əlaqədə olan İmaməli Rəhmonov göstərir.

Avqustun 17-də Pancşir “Taliban”ın idarəçiliyinə qarşı müqavimət mərkəzinə çevrilib. Belə ki, Əfqanıstanın keçmiş daxili işlər naziri Əmrulla Saleh Məsudun (kiçik) dəstələrinin nəzarətində olan bu çətin keçilən regiona gələrək özünü ölkə prezidentinin vəzifələrinin icraçısı elan edib. Taliblərə qarşı çıxmaq üçün müqavimət liderləri dünya birliyindən onlara silah və hərbi sursat göndərilməsini xahiş ediblər. (Turan)

Bənzər yazılar

Back to top button