Dünya

Taliban Türkiyəyə Kabil aeroportunu təklif etdi

“Bizim kiminlə harada, nə zaman, necə görüşmək barədə icazə alacaq lüksumuz yoxdur”.

AzToday.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən əvvəl Atatürk Hava Limanındakı çıxışı zamanı deyib.

“Əfqanıstan xalqının sülh və dincliyi üçün 20 ildir töhfələr veririk. Əfqanıstanda prioritet vətəndaşlarımızın təxliyəsidir. Bütün qurumlarımız bu prosesi yaxından izləyir. Təxliyələri ən qısa və sürətli şəkildə tamamlayacağıq”, – o qeyd edib.

Ərdoğan “Taliban”ın Türkiyəyə hava limanının fəaliyyətini təmin etmək barədə təklif etdiyini vurğulayıb: “Bizim kiminlə harada, nə zaman, necə görüşmək barədə icazə alacaq lüksumuz yoxdur. “Taliban”la səfirliyimizdə 3,5 saat davam edən bir görüş keçirilib. Görüşlərlə prosesi sağlam şəkildə idarə etməyə çalışırıq. “Taliban” bizə Kabil hava limanının fəaliyyətini təmin etməyi təklif edib. Bu mövzuda hələ qərar verməmişik”.

Bənzər yazılar

Back to top button