Dünya

Tramp Baydenin Əfqanıstanla bağlı böyük səhvini açıqaldı: “Rüsvayçılıqdır”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenin əvvəlki hakimiyyətin Əfqanıstandan qoşun çıxarmaq planını pozduğunu söyləyib.

Tia.az xəbər verir ki, o, Bayden administrasiyasının bütün mülki şəxslərin Əfqanıstanı tərk etməyə vaxt tapmamış ordunun geri çəkildiyini elan etdiyini açıqlayıb.

“Əvvəlcə mülki şəxsləri, hərbi mülkləri çıxarmaq və sonra qoşunların tamamilə çıxarılması ilə məşğul olmaq lazım idi. Kabul hava limanına uçan təyyarələr indi gündəlik təhlükə altındadır”, – o deyib.

Onun sözlərinə görə, Bayden bu planı tamamilə pozub və səhvən birinci ordunu geri çəkib.

“Bu Amerika üçün kədərli bir gün və böyük bir rüsvayçılıqdır”, – Tramp deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button