İdman

Prezident özündən çıxdı: “Bu boyda pul qoyulub, bu nə oyundur?”

Xokkey üzrə Belarus milli komandası Pekində (Çin) keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarının birinci təsnifat mərhələsində Polşa seçməsinə 0:1 hesabı məğlub olub.

Fanat.az xəbər verir ki, yığmanın bu uğursuzluğu Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu özündən çıxarıb.

“Pressball.By” saytının yaydığı xəbərə görə, komandanın oyunundan narazı qalan ölkə başçısı milli komandanı sərt şəkildə tənqid edib.

“Bu boyda pul qoyulub, bu nə oyundur? Bu məbləğin qarşısında sürətlə irəliləməlisiniz. Gedib Polşaya uduzmusunuz. Orda xokkey ümumiyyətlə populyar deyil, onların xokkeydən xəbəri yoxdur. Polşada bununla cəmi 20 nəfər məşğul olur. Bu, necə mümkün ola bilər axı? Sənsə, bunlara pul ver, pul ver, pul ver. Nə olsun? Mən artıq nazirə və Qolovçenkoya xəbərdarlıq etmişəm. Onlar isə – “Ver, pul ver, mənə pul ver, yaxşı, olacaq”, deyirlər. Yaxşı, pul verək, amma səndə mənə nəticə ver. Sonda da get Tokioda bizi biabır elə. Bizdə bədən tərbiyəsi var, amma böyük idman yoxdur”, – deyə prezident Lukaşenko bildirib.

Xatırladaq ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi yanvar ayının 4-ü keçiriləcək.

Bənzər yazılar

Back to top button