İqtisadiyyat

GDU 2 ədəd “bisetka”, talvar və tualet üçün 90 min manat xərcləyəcək – ŞÜBHƏLİ TENDER

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “TIPI” MMC olub.
“TIPI” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında 2 ədəd istirahət köşkünün, avtonəqliyyat vasitələri üçün talvarın və sanitar qovşağının tikintisi işlərini görəcək və bunların qarşılığında 90 min 300 manat alacaq.
Qeyd edək ki, tender müsabiqəsi 08.07.2021-ci il tarixində elan olunub. Müsabiqənin qalibi olan MMC isə tender müsabiqəsindən cəmi 3 ay əvvəl – 28.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “TIPI” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Eyvazov Alim Gülağa oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu ilin aprel ayında Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “TIPI” MMC ilə eyni hüquqi ünvanda – Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşən “Viper” MMC olub.

“Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.

Maraqlıdır ki, kotirovka sorğusu 12.04.2021-ci il tarixində elan olunub. Elanda bildirilib ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.04.2021-ci il saat 16:00-dan – 16.04.2021-ci il saat 12:00-dək qəbul olunur.
Qalib şirkət “Viper” MMC sənəd qəbulu başa çatdıqdan 7 gün sonra – 24.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “Viper” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Həşimova Ayşən Əlizal qızıdır.




Bənzər yazılar

Back to top button