Bizim seçimGündəmManşet

Növbədənkənar prezident seçkisinin keçirilməsinin səbəbi açıqlandı (ŞƏRH)

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadcı ekspert Qubad İbadoğlu növbədənkənar prezident seçkisinə münasibətini açıqlayıb.

AzToday.az xəbər verir ki, Qubad İbadoğlu növbədənkənar prezident seçkisini şərtləndirən amilləri açıqlayıb:

“Konstitutsiyadakı mürtəce dəyişikliklərdən sonra prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi hakimiyyətin siyasi gündəmində daimi olub. Sadəcə fikir ayrılığı onun tarixi və mövcud siyasi şəraitlə ilə bağlı idi. Bunu şərtləndirən və sürətləndirən başlıca amilləri 2 qrupda təsnirfləşdirmək olar.

1. Xarici faktorlar. Beynəlxalq səviyyədə, xüsusilə də ABŞ-da yenidən aktivləşən region müzakirələri, Rusiya hakimiyyətinə qarşı yönələn ünvanlı və hədəfli təzyıq vasitələri ilə zəifləyən Rusiyadan gözlənilən neqativ təsirləri önləmək Azərbaycanda keçiriləcək seçkini Rusiyaya cəmləsən və artan diqqətin fonunda hədəfdən yayındırmaq, eləcə də beynəlxalq təşkilatların (Avropa Şurası, ATƏT) müstəqil müşahidə və monitorinqlərdən kənarda qoymaq istəkləri, qonşulardan geri qalmamaq və regionda getdikcə gərginləşən siyasi vəziyyətdən qaynaqlanan mənfi təsirlədən asılığı azaltmaq planları.

2. Daxili faktorlar. Getdikcə gərginləşən sosial durumun nəticəsi olaraq kütləvi işsizlik və yoxsulluğun, inflyasiyanın, xüsusilə də ərzaq qiymətlərinin davamlı artmasına görə əhalinin potensial narazılığından, eləcə də hakimiyyət və müxalifət daxilində planlaşdırılan mümkün təhlükələrdən və arzuolunmaz alternativlərdən sığortalanmaq, əsas oyunçuları seytnota salmaq.

Bu amillər arasında xarici faktorlar daha çox təsir gücünə malikdir.

Yekun olaraq qeyd etmək istərdim ki, bu özünə güvəncin və etibarın azalmasından irəli gələrək, Azərbaycanın beynəlxalq imicini daha da korlayacaq, ölkədə demokratiya və azadlıqlar sahəsində vəziyyəti xeyli pisləşdirəcək, onsuz da zəif olan azad mətbuatı, müstəqil vətəndaş cəmiyyətini, siyasi təşkilatları, demokratik institutları bir az da zəiflədək”.

Bənzər yazılar

Back to top button